Hökməlidə məişət tullantıları yandırılır - ŞİKAYƏT+FOTO

Abşeron rayonu Hökməli qəsəbəsinin sakinləri zibillikdən şikayət edir.

Bu barədə Bakunews.media-ın redaksiyasına daxil olan müraciətdə qeyd olunub. Sakinlər bildirirlər ki, 28 may qəsəbəsində zibil konteynerləri yoxdur:

“Bu əraziyə rayon üzrə icra hakimiyyəti tərəfindən ad belə qoyulmayıb. Həmin ərazi Hökməli bələdiyyəsinin tabeliyində olan 28 May qəsəbəsi kimi tanınır. Məişət tullantılarının atılması üçün ərazidə zibil konteynerləri qoyulmayıb. Əhali zibilləri ortalıq yerə atır. Yadlarına düşəndə bir kamaz göndərirlər, çox səliqəsiz halda yığırlar. Amma əksər hallarda vəziyyət günlərlə fotolarda gördüyünüz kimi olur. Üstəlik çox vaxt zibilləri yığmaq yerinə yandırırlar. Üfunət, xəstəlik bürüyür aləmi. Əraziyə zibil konteynerlərinin qoyulmasını, təmizliyə mütəmadi nəzarət olunmasını istəyirik”.

0.31688690185547