“Mançester Yunayted” azarkeşləri braziliyalı futbolçunu ələ salıblar - FOTO
İngiltərənin “Mançester Yunayted” klubunun azarkeşləri öz şəklini bədəninə döydürən Antonini ələ salıblar.
Məlumata görə, braziliyalı hücumçu yeni tatusunu “Instagram” profilində paylaşdıqdan sonra tənqidlərə məruz qalıb.
Onun paylaşımına: “Yalnız axmaq insan bunu edə bilər. Başqaları tərəfindən sevilmədiyini anladığına çox sevindik. Bu qədər özünübəyənmişlik, sadəcə, sənə yaraşar”, - kimi şərhlər yazılıb.
Qeyd edək ki, Antoni “Ayaks” (Niderland) klubundan 2022-ci ildə transfer olunub.
Mənbə: Dailymail.co.uk