Sabunçuda qonşuların davası qanla bitdi
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb.
1965-ci il təvəllüdlü Əhmədov Elvin Seyran oğlu qonşusu ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.
Yaralı paytaxtdakı özəl klinikaların birinə yerləşdirilib.
Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır.