Kirill Koktış: “Ermənistanda hakimiyyət sifarişçinin dediklərini həyata keçirir” - MÜSAHİBƏ

Ermənistanda anti-Rusiya kampaniyası davam edir, rus dili ilə müharibə gedir, hətta heyrətamiz bir termin ortaya çıxıb – “separat rusiyalaşdırılma”

Moskva ilə dostluğun olmadığı əsas gətirilərək, Ermənistanın Rusiyaya verdiyi hər şeyin qaytarılması barədə tələblər səsləndirilir.

Erməni fəal Samvel Aslikyan isə sual verir:

“Ermənistan öz siyasi səhnəsini Kreml tərəfdarı olan qüvvələrdən təmizləyəcəkmi?”

Bundan əlavə Ermənistan parlamentinin deputatı Arman Babacanyan Ermənistanın “Birinci” informasiya telekanalının bazasında anti-Rusiya televiziya kanalının yaratmaq arzusu barədə açıqlama verib.

Ermənistanın “Politik” nəşrinin məlumatına görə, Arman Babacanyanın televiziya şirkətində “sorosçular” (bu termin Qərbin “qrant yeyənləri” ilə əlaqəli uzun müddətdir istifadə olunur - red.) Daniel İonnisyan və Arsen Karatyana mənsub olan təşkilatlara televiziya efirinin verilməsinə qərar verilib.

Faktiki olaraq anti-Rusiya televiziya şirkətlərinin maliyyələşdirilməsi Soros Fondunun vasitəsi ilə təmin ediləcək. Eyni zamanda, Arman Babacanyan hazırkı hakimiyyətdən də dəstək alır.

Diqqət çəkən məqam ondan ibarətdir ki, post-sovet məkanında baş verən əksər “rəngli inqilabların” nəticəsində məqsəd rus dili və Rusiyaya qarşı mübarizə olur.

Rusiyanın birbaşa müttəfiqi olan Ermənistan da məhz belə davranır.

Siyasi elmlər namizədi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Siyasi nəzəriyyə kafedrasının dosenti, media eksperti Kirill Koktış Media.Az-a müsahibəsində bu fenomeni izah etdi:

Bu, sifarişçilərin (“rəngli inqilablar” – red), - pul verənlərin tələbidir. Aydındır ki, resurslar olmadan heç bir şey baş verə bilməz. Sifarişçi situasiyaya sivilizasiya mübarizəsi kimi baxır, niyyətləri konkret ölkələri olduqları ortaq məkandan çıxarmaqdır. Bu niyyətlər daxili istəklərlə uyğun gəlmir. Ancaq bu olur.

Ermənistanda 2018-ci ildə “rəngli inqilab” baş verdi. Budur “təxirə salınmış nəticə” - Rusiyanın iştirakı ilə inteqrasiya birliklərinə qoşulmuş bir ölkədə Rusiya telekanallarının yayımına qadağa qoyulur. İndi isə İrəvanda anti-Rusiya telekanalı yaradılır. Onu Soros Fonduna və Ermənistan hökumətinə bağlı (affilyasiya olunmuş) insanlar belə adlandırır. Məgər bu uğurun təminatıdır? Sizcə, belə bir kanal media baxımından nə qədər faydalıdır?

Bu, “beyin yumağın”, asan idarə olunacaq savadsız insan və əhali “yetişdirməyin” formasıdır. Bu baxımdan plan aydındır.

Qərbin, Soros Fondunun hərəkətləri başa düşüləndir – heç olmasa minimal uğur qazanmaq. Qərbin Belarusiyada məğlub olduğunu, hakimiyyətin də özünü toparladığını, situasiyanı ələ aldığını nəzərə alsaq, onlara kənardan nümunələrə ehtiyac var Bax bu məqamda hansısa hərəkətlilik olan və anti-Rusiya meyilləri yaradılan Ermənistan nəzərə çarpdı. Bu, bir növ Belarusda etirazlara ilham vermək üçün mənəvi stimuldur.

Yaxın vaxtlarda “Ermənistanın separat rusiyalaşdırılması”  termini ortaya çıxdı. Mümkündür ki, termin Ermənistanda icad edilib, yaxud kənardan alınma ifadədir.  Bu nədir? Ermənistan monoetnik bir ölkədir, orada rus dilində hamı üçün əlçatan olan məktəblər yoxdur. Avrasiya İqtisadi Birliyinə (AİB), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmayan Azərbaycanda isə 340-dan çox məktəbdə tədris rus dilindədir və bu bizi heç bir şəkildə narahat etmir.

Adətən belə komplekslər dərində “udulma” qorxusunun olduğunu göstərir. Azərbaycan bir çox dilləri bilən əhalisinin öz identifikasiyasını itirəcəyindən qorxmur. Ancaq göründüyü kimi Ermənistan bundan qorxur.

Yeri gəlmişkən, burada Belarusla Azərbaycan arasında paralellər aparmaq olar. Nə Minskdə, nə də Bakıda rus dili təhlükəsini görmürlər. Dilləri bilmək, təhsil insanları ən azından bilik baxımından zənginləşdirir.

Başqa dillərin öyrənilməsinə qoyulan məhdududiyyət xalqı zəiflədir, qüsurlu edir.

Əminəm ki, Ermənistan hakimiyyəti müstəqil fəaliyyət göstərmir. Onlar faktiki olaraq Qərbin sifarişlərini həyata keçirirlər. Burada hər şey bir az mürəkkəbdir.

Bu, postsovet məkanı da daxil olmaqla digər dövlətlərin timsalında gördüyümüz xaricdən idarəetmənin təzahürüdür?

Bəli, bu, Corc Sorosun açıq şəkildə dilə gətirdiyi, daha əvvəl isə Zbiqnev Bjezinski (2017-ci ildə vəfat etmiş Polşa əsilli amerikalı politoloq – red) tərəfindən səsləndirilən doktrinanın reallaşdırılmasının əlamətidir.

0.30866003036499