Mingəçevirdə qadın iş yerində bıçaqlandı
Mingəçevirdə bıçaqlanma faktı qeydə alınıb.
APA-nın məlumatına görə, naməlum şəxs Heydər Əliyev prospekti 21 ünvanında yerləşən aptekdə işləyən 1980-ci il təvəllüdlü Könül Mirzəəliyevanı iş yerində bıçaqlayıb və hadisə yerindən qaçıb.
Qadın xəstəxanaya çatdırılıb, durumu ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanılıb.