Partiya sədrin müşaviri: Ermənistan militarizm siyasətini həyata keçirir
Son aylar Ermənistanın baş nazirin həyat yoldaşı Anna Akopyanın son dərəcədə aktiv fəaliyyəti istər istəməz cəlb edir. Ümumiyyətlə birinci ledilərin nə işlə məşğul olduqları həmişə maraqlı olub. Araşdırmalara görə, demək olar ki, birinci ledilərin əksəriyyəti humanitar məsələlərlə məşğuldular. Müxtəlif fondların rəhbərləri olurlar. Sosial proqramlarda iştrak edirlər. Kasıb ailələrə, yaşlı insanlara, ailəsiz olan uşaqlara yardım kampaniyalar təşkil edib köməklik edirlər. Bu hardasa qadının Ana missiysından gəlir. Çünki ana olmaq - qadının təyinatıdır, missiyasıdır. Ananın baş yaylığı sülh, əmin-amanlıq rəmzidir. Çətin məqamlarda ananın örpəyi yerə səriləndə böyük bir davanın qarşısı alınır. Əsl ehtiram, hörmət rəmzidir bu adətlər.
Amma Anna Akopyanın silah əlində olan şəkillərə baxanda heçdə sülh yada düşmür.
Baxmayaraq ki, “Qadınlar sülh uğrunda” təşəbbüsün müəlifidir. Anna Akopyan “Qadınlar sülh uğrunda” təşəbbüs irəli sürərək, qondarma “DQR” 45 günlik hərbi təlimlər keçirmək istəyir. Nəzərdə tutulan təlimlərdə 18-27 yaşlı qadınların iştrak edəcək. Bu bir daha onu göstərir ki, Ermənistan militarizm siyasətini həyata keçirir. Bu onun və Ermənistanın baş nazirin Azərbaycana hədə-qorxu bəyanatları göstərir ki, Ermənistan qeyri-rəsmi olaraq sülh danışıqlarından çıxıblar.
Bununla bağlı, Dövlət başçısı İlham Əliyev AZTV, İTV və REAL TV müsahibəsində Dağlıq Qarabağ münaqişəsinə aid çıxışında bildirib. Dövlət başçısı, “Ermənistanla faktiki olaraq danışıqlar getmir. Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir.” –bildirib. Dövlət başçısının “Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək” bəyanatı, bizə ümid verir ki, işğalda olan torpaqlarımız yaxın bir zamanda azad olunacaq.
Və son olaraq, dünən, Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən növbəti dəfə məhv edilməsi xəbəri yayıldı. Ermənilər bilməlidirlər ki, istənilən təxribatın qarşısı alınacaq.
“Bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur” deyən dövlət başçısı, Qarabağ torpaqlarımızı işğaldan azad olunandan sonra, gələcək planlarına işarə edir.
Ermənilərin yadına salmaq lazımdır ki, Ermənistan ərazisi qədim Azərbaycan torpağıdır. Təzyiq altında verilən “qardaş” payı nə vaxtsa geri gayıdacaq.
Dinarə Məmmədova, ALDP sədrin müşaviri