Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə 3-cü mədən ərazisində qeydə alınıb.
24 yaşlı Zülfüqarov Maqsud Qızılxan oğlu qonşuluqda yaşayan şəxs tərəfindən bıçaqlanıb. Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.