Qaxda yanğın olub

Qax rayonunun Qaxbaş kəndində ümumi sahəsi 42 kvadrat metr olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 kvadrat metr sahədə və çardağına yığılan 8 ton ot bağlamasının 4 tonu yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

0.38278913497925