Evi tərk edən 29 aktiv koronavirus xəstəsi müəyyən edilərək saxlanıldı

Dekabrın 11-də ölkə ərazisində yaşayış yerini icazəsiz tərk edən 29 aktiv koronavirus xəstəsi müəyyən edilərək saxlanılıb.

Bu barədə Bakunews.media-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, saxlanılanlardan 28 nəfər evə qaytarılıb, bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Onlardan 17 nəfər barəsində cinayət işi başlanılıb.

0.47251510620117