Yolu keçən qadını maşın vuraraq öldürdü

Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bu  barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ötən gün saat 12:00 radələrində Qaradağ rayonu ərazisində Zaqatala rayon sakini R.Nəbiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 55-60 yaşlı qadını vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

0.40578317642212