Bakıda yanğın: Bir nəfər xilas edildi

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli evin 1 otağında məişət tullantıları 2 m² sahədə yanıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı bir nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib. Ev yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

0.36611914634705