Qusarda iki avtomobil toqquşdu, yaralılar var

Bu gün Qusar rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Qusar-Şahdağ yolunda qeydə alınıb. “VAZ-2107” markalı minik avtomobili ilə “Niva” markalı nəqliyyat vasitəsi toqquşub. 

Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

0.43887996673584