Bakıda “Porsche” zəncirvari qəzaya səbəb oldu, bir nəfər yaralandı - FOTO

Bakının Nərimanov rayonunda 4 avtomobil toqquşub.

APA xəbər verir ki, hadisə Koroğlu Rəhimov küçəsində baş verib.

“Porsche” markalı avtomobil yüksək sürətlə əvvəlcə “Opel”ə, daha sonra hərəkətsiz dayanan “Hyundai” və “Toyota” markalı avtomobillərə çırpılıb. Qəza nəticəsində “Opel”də olan sürücü bədən xəsarətləri alıb.

“Hyundai” markalı nəqliyyat vasitəsinin sürücüsünün APA-ya verdiyi məlumata görə, “Porsche” markalı avtomobil yüksək sürətlə hərəkətdə olub.

“Porsche”nin sürücüsü və sərnişini isə APA-nın hadisə yerində olan əməkdaşının suallarına cavab verməkdən imtina edib.

0.37886905670166