Bakıda gənc oğlan intihara cəhd edib

Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi olub.

APA xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.

1993-cü il təvəllüdlü Əhmədov Şahin Bilal oğlu evdə tək olan zaman özünü öldürmək məqsədilə sirkə turşusu içib. Hadisədən xəbər tutan qonşular onu 3 nömrəli Şəhər klinik xəstəxanasına çatdırıblar.

0.40937685966492