Banklar müştərilərini geri qazanıblar

Azərbaycanda müştərilərin bank hesablarının sayı və tərkibi açıqlanıb.

Bakunews.media-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata görə, dekabrın 1-nə olan göstəricilərə əsasən, müştəri hesablarının sayı 8 milyon 988,6 min olub.

Bank müştərilərinin sayı ötən ayın göstəriciləri ilə müqayisədə, 1,6 faiz artıb. Halbuki oktyabr ayının göstəriciləri əvvəlki aya nisbətən 1,1 faiz az idi.

Müştərilərin 98,7 faizini fiziki şəxslər təşkil edib ki, onların da 4,3 faizi sahibkarlıqla məşğul olan şəxslərdir. Hüquqi şəxslər isə bank müştərilərinin 1,3 faizini təşkil edib.

Bank müştərilərinin sayının artması ilə yanaşı, noyabr ayı ərzində həm də bank hesablarının sayı 21 milyon 219,1 min olub. Ötən aya nisbətən bank hesablarının sayı 1,9 faiz artıb.

Müştəri hesablarının 85,5 faizini cari hesablar, 12,8 faizi kredit hesabları, 1,7 faizini isə depozit hesabları təşkil edib.

Nigar Məmmədova  

0.37804007530212