Terror siyasəti yürüdən ölkənin rəhbərləri də heç vaxt azad fikirli, humanist, sülhpərvər ola bilməzlər
Başda Paşinyan olmaqla, hakimiyyət rəsmiləri Ermənistanda əsaslı sosial, iqtisadi böhranın, xalqın gərgin mənəvi-psixoloji duruma düşdüyünü, ölkədə daxili qarşıdurmanın pik həddə çatdığını etiraf edirlər. Bu acı məğlubiyyət Ermənistanı parçalnmaya gətirib çıxarıb.
Mövzuyla bağlı Azərbaycan Liberal Demokrat Partiyasının sədri (ALDP) Fuad Əliyev BayMedia-ya açıqlamasında bildirib ki, bu vaxtadək Ermənistana demokratik düşüncəli insan rəhbərlik etməyib. Onun sözlərinə görə, terror siyasəti yürüdən ölkənin rəhbərləri də heç vaxt azad fikirli, humanist, sülhpərvər ola bilməzlər:
“Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan1988–ci ildən Qarabağı Azərbaycandan qoparmaq üçün erməni millətçilərinin yaratdığı "Qarabağ komitəsi"nin üzvü və "Erməni İctimai Hərəkatı"nın rəhbərlərindən biri olub. Robert Köçəryan da 1988-ci ildən Qarabağda erməni millətçilərinin başlatdığı “Miatsum” hərəkatına qoşulub və bir müddət sonra separatçıların liderlərindən birinə çevrilib. Köçәryan azərbaycanlı əhaliyə qarşı qırğınlar törədən Qarabağ ermənilərinin və erməni diasporunun təşkil etdiyi silahlı dəstələrə başçılıq edib. Köçəryandan sonra Ermənistanda hakimiyyətə gələn Serj Səkisyan da 1989-cu ildən 1993-cü ilə kimi separatçı "Dağlıq Qarabağ Respublikası"nın özünümüdafiə qüvvələri komitəsinə rəhbərlik edib. Bu gün isə işğalşı ölkənin başında Paşinyan durur. Həbsdə olan bu adam inqilab yolu ilə hakimiyyəti ələ keçirib. Paşinyan da Ermənistanda Qarabağ hərəkatı zamanı 1988-ci ildə tələbə etirazları, yürüşləri və nümayişlərini təşkil edib. Fikir verin, bu şəxslər nə ölkələrinə, nə də ermənilərə bir xeyir gətirməyiblər. İnsanların faciəsi üzərindən hakimiyyəti ələ keçiriblər, Azərbaycan torpaqlarının işğalında iştirak ediblər, azərbaycanlılara qarşı soyqırım həyata keçiriblər. Belələri heç vaxt dövləti demokratik yolla idarə edə bilməzdilər. Çünki təfəkkürlərinə terror, işğalçılıq siyasəti hopub. Bu gün Ermənistanın acınacaqlı duruma düşməsində onların rolu böyükdür”.
Fuad Əliyevin fikrincə, terrorçu, küçədən gətirilən “lider”lərin hakimiyyəti zəbt etməsi bu gün Ermənistanı fəlakətlə üz-üzə qoyub:
“Çıxış yolu, məğlubiyyətdən nəticə çıxarmaqdır. Ölkədə demokratik seçkilər keçirilməlidir, Ermənistan qonşularla münasibətlərini normallaşdırmalıdır, işğalçılıq siyasətindən, torpaq iddialarından əl çəkməlidir, kölə olmamalıdır, başqa dövlətin əlinə baxmamalıdır. Amma fikrimcə, bu Ermənistan üçün ağır prinsiplərdir. Çünki, ermənilər başqa dövlətlərin qoltuğuna sığınmadan ayaq üstə dura bilməzlər”.