ALDP sədri: Aeroportun açılışı ancaq Azərbaycan tərəfindən həyata keciriləcək
“Məshur “Regnum” saytının ermənipərəst mövqeyi hamıya bəllidir. Bu sayt özünün təxribat materialları ilə yadda qalib. Bu, ermənilərin və Rusiyada olan ermənipərəst qüvvələrin növbəti saxta xəbəridir”.
Baku News xəbər verir ki, bunu Versus.az-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Regnum” saytının rus, erməni mənbələrinə istinadən Rusiya sülhməramlılarının yanvarın 10-da Xocalı aeroportunu istifadəyə verəcəyi iddiaları ilə bağlı açıqlamasında bildirib.
Partiya sədri bundan əvvəl də bu qüvvələrin aeroportun dekabrın 25-də açılacağı ilə bağlı təxribatçı xəbərlər yaymasına diqqət çəkib:
“Aeroportun açılışı ancaq Azərbaycan tərəfindən həyata keciriləcək. Qarabağ Azərbaycan ərazisi olduğuna görə təyyarələrin qəbulu va uçuşu bizim müvafiq strukturlar tərəfindən yerinə yetiriləcək. Azərbaycanın müvafik strukturları aeroportda fəaliyyətə başlayandan sonra Rusiya və başqa ölklərdən ora uçuşlar olacaq”.