ALDP sədri psixoloqlara müraciət etdi: Onlara pulsuz yardım edin
"Əsirlikdən azad olunan soydaşlarımızı rahat buraxın!"
Baku News ALDP Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev ermənilər tərəfindən əsir götürülənlər və bu gün azad olunan soydaşlarımızla bağlı facebook səhfəsində statusunda yazıb. Həmin statusu təqdim edirik:
30 il ərzində bizim soydaşlarımız ermənilər tərəfindən əsir götürülüblər. Birinci və ikinci Qarabağ müharibəsi zamanı da əsirlikdə olanlarımız olub. Kimlərsə illər, kimlərsə aylar, kimlər isə günlərlə əsirlikdə saxlanılıb. Məlum məsələdir ki, ermənilər onları rahat buraxmayıblar, incidiblər, işgəncə veriblər. Bir Allah, bir də onlar bilirlər hansı işqəncələrə məruz qalıblar. Ermənilər tərəfindən verilən işqəncələr bir gün olmayıb, hər gün olub. O işqəncələr müxtəlif formalarda olub. İkinci Qarabağ müharibəsi bizim qələbəmizlə yekunlaşdı. Və əsirlikdə olanların əksəriyyəti Vətənə, ailələrinə qayıtdı. Onlara indi rahat, sakit bir həyat lazımdır ki, o psixoloji sarsıntılar, işgəncələrin ağrıları yaddan çıxsın. Aylar, bəlkə də illər lazımdır ki, onlar o işgəncələrin yarasını unutsunlar.
Amma bizlər nə edir? Hansı TV-yə baxırsan, saytları oxuyursan onlardan müsahibə alaraq, soruşuruq ki. əsirlikdə olanda hansı işqəncələrə məruz qalmısız? Ananı yada salmısız? Barmağları nə ilə vururdular və s. kimi suallar verirk. Bu adamlar bütün aldığı zərbələri, keçirtdiyi ağrıları, işqəncələri yenidən yada salır...
Olmaz belə, bəylər, xanımlar!!!
Gəlin bir müddət onları rahat buraxaq. Dövlət onlara psixoloji yardım etməlidir. Mən psixoloqlar da müraciət edirəm, onlara pulsuz yardım etsinlər. Cəmiyyət onlara dəstək vermək əvəzinə, onlardan əsirlikdə olan müddətdən suallar verir.
Mən mətbuat nümayəndələrə müraciət edirəm – Gəlin onları rahat buraxaq!