Fransanın Azərbaycandakı səfiri 20 yanvar faciəsilə bağlı paylaşım etdi - FOTO
Fransanın Azərbaycandakı səfiri Zakari Qross 20 yanvar faciəsilə bağlı tvit yazıb. Diplomat həmin gecə sovet qoşunlarının məhz dinc sakinlərə atəş açmasını da qeyd edib.
“1990-cı ilin bu günü sovet qoşunları Bakıda insanlara atəş açdı. 130-dan çox dinc nümayişçi və ətrafdakı sadə insanlar öldürüldülər. İki ildən az müddət sonra isə Azərbaycan Sovet İttifaqının tərkibindən çıxaraq, öz müstəqilliyini elan etdi”, -yazaraq səfir hadisəyə öz münasibətini bildirib.
On this day in 1990, Soviet troops opened fire on the crowd in Baku. Over 130 peaceful demonstrators and simple bystanders were killed.
— Zacharie Gross (@GrossZacharie) January 20, 2021
Less than two years later, Azerbaijan declared its independence from the Soviet Union.