ALDP neft gəlirlərindən əldə olunan vəsaitlə bağlı bəyanat qəbul edib

Baku News-un məlumatına görə, bu barədə ALDP Mətbuat Xidməti bildirib. 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət, partiyanın 2021-ci il üçün fəaliyyət proqramının təsdiqlənməsi, yanvarın 30-u partiyanın 22 illiyinin keçirilməsinə dair hazırlıq işləriylə bağlı hesabat və bəzi təşkilatı məsələlər müzakirə olunub.

İclasda neft gəlirlərindən əldə olunan vəsaitllə bağlı bəyanat qəbul olundu. Bəyanatda deyilir:

Son bir ayda Azərbaycan neftinin qiymətinin artımı müşahidə olunur. Azərbaycan büdcəsinin böyük bir hissəsi neft qəlirlərindən təşkil olunur. Bir tərəfdən bu sevindirici hall olsa da, digər tərəfdən biz istəməzdik ki, 10-15 il bundan öncəki səhvlər təkrarlansın, neft gəlirindən əldə edilən milyardlar, “inkişaf layihələr”, “Azərbaycanı tanıdaq” adı ilə layihələrə xərclənsin. Bu kimi layihələri həyata keçirən zaman korrupsiyanın səviyyəsi yüksək həddə çatdı, milliyonlarla pul məmurların cibinə axdı. Digər tərəfdən isə manatın stabilliyini qorumaq üçün külli miqdarda vəsaitlər xərcləndi. Bu lazımsız xərclər nəticə olaraq valyuta və digər ehtiyatların kəskin sürətdə azalmasına qətirib çıxartdı. Tarif Şurasının benzininin və dizel yanacağının bahalaşması kənd təsərrüfatı məhsullarının, ərzağın, taksi xidmətinin, daşınma xidmətinin də qiymətlərində bahalaşma ilə müşayət olunur.

Hesab edirik ki, neft gəlirlərinin böyük bir hissəsinin ehtiyat fondlarda toxunmamaq şərti ilə saxlanması digər hissəni qeyri-neft sektorunun inkişafına yönəltməsi düzgün olardı.

 

ALDP Azərbaycanın gələcəyinə naminə neft qəlirlərinin səmərəli xərclənməsini tələb edir.

0.16583108901978