Hikmət Hacıyev Aİ səfirləri ilə görüşüb – FOTO

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqı ölkələrinin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüş keçirib.

Bu barədə Almaniyanın Azərbaycandaki səfiri Volfqanq Maniq öz “Twitter” hesabında paylaşım edib. 

“Regional sülhün perspektivləri, Azərbaycanla Aİ arasında əməkdaşlıq sahələri və “Şərq Tərəfdaşlığı” proqramına dair canlı müzakirələr aparılıb”, - deyə səfir qeyd edib. 

 

0.35315799713135