UEFA Kubokunu “Qalatasaray”a qazandırmış “Böyük kapitan” yubileyini Bakıda keçirdi - VİDEO/FOTO

Türkiyənin “Qalatasaray” klubu ilə 2000-ci ildə UEFA Kubokunu qazanan əfsanəvi futbolçu Bülənt Korkmaz Bakıdadır.

Bakunews.media xəbər verir ki, 2009/2010 mövsümündə “Bakı” klubunun baş məşqçisi olmuş Bülənt Korkmaz öz ad gününü burda qeyd edib.

Sabiq mərkəz müdafiəçisi dünən Bakıdakı kafelərdən birində ad gününü keçirib. O, məhz 50 yaşını Bakıda işləyən “Qalatasaray”lılar arasında qeyd edib. Tortun üzərinə onun ikinci adı olan Cəsurla bağlı “Cəsur ürək” sözü yazılıb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Her şey için teşekkür ederim sevdiklerim????

A post shared by Bülent Korkmaz (@cbulentkorkmaz) on

Futbol oynadığı müddətdə “Böyük kapitan” və “Cəngavər” ləqəbləri ilə tanınan Bülənt Korkmazın Azərbaycanda işləməyə gəldiyi iddia olunur. Lakin o, “sportinfo”ya açıqlama dostunun qızının toyunda iştirak etmək üçün Bakıda olduğunu bildirib.

Səbuhi Musayev

0.32077097892761