Gəncədə toya getməyə hazırlaşan gənc ana faciəvi şəkildə öldü

Gəncə şəhərində bədbəxt hadisə nəticəsində üç uşaq anası dünyasını dəyişib. 

Bakunews.media-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin İsaq Cəfərov küçəsində qeydə alınıb. 

1989-cu il təvəllüdlü İsayeva Şəfiqə Niyazi qızı dəm qazından boğularaq vəfat edib.  

Qadın bir neçə saat sonra olacaq yaxınlarından birinin toy məclisinə hazırlaşırmış.  

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb. 

Nazir Quliyev

0.3549211025238