Üzünə şayba dəyən xokkeyçi 9 dişini itirdi - VİDEO

ABŞ-da xokkey oyununda müdafiəçilərdən biri üzündən aldığı şayba zərbəsindən sonra 9 dişini itirib.

Bu barədə “News Yahoo” xəbər verib.

Bildirilib ki, müntəzəm mövsüm matçında NHL klubunun “Florida Panthers”li müdafiəçisi Keyt Yandl “Karolina Hurricanes”lə oyun zamanı ciddi xəsarət alıb. 

Hadisə baş verdikdən dərhal sonra müdafiəçi soyunma otağına yollanıb.

Ağır zədəyə baxmayaraq, o, oyuna qayıtmaq üçün özündə güc tapa bilib.

Belə ki, səhəri gün əməliyyat olunan Yandl “Panterlərin” “Baffalo”ya qarşı növbəti matçında iştirak edib.

0.30283999443054