Polis qaçırılan aktyoru və turisti azad etdi

Meksika polisinin keçirdiyi əməliyyat nəticəsində iki gün əvvəl qaçırılan yerli aktyor və Fransadan olan turist azad edilib. 

“RİA Novosti” xəbər verir ki, naməlum şəxslər iki gün öncə Nevada-de-Toluka vulkanı yaxlığında aktyorlardan ibarət qrupu qarət ediblər. 

Qarətçilər daha sonra iki nəfəri pul müqabilində azad etmək üçün qaçırıblar. Polisin təşkil etdiyi əməliyyat zamanı aktyor Alexandro Sandi və fransız turist Frederik Mişel azad edilib.

0.35556292533875