UFC döyüşçüsünün qızının meyiti tapıldı

Qarışıq döyüş növləri üzrə döyüşçü Volt Harrisin bir ay əvvəl itkin düşən qızının meyiti tapılıb.  

Bu barədə “CBS 42” dərgisi məlumat yayıb.

Hüquq-mühafizə orqanları 19 yaşlı qızın meyitini Corciya ştatının Meykon şəhərində aşkar ediblər. İtkin düşdüyü gün Ani Blançardla görüşmüş şəxsi polislər şübhəli şəxs qismində saxlamışdılar. Həmçinin, gənc qızın idarə etdiyi avtomobil də polislər tərəfindən aşkar edilmişdi. Avtomobildə zərbə izləri aşkar olunmuşdu.

Qeyd edək ki, Volter Harris ağır çəki dərəcəsində qarışıq döyüş növləri üzrə yarışlarda iştirak edir. 20 peşəkar döyüş keçirən U.Harrisin aktivində 13 qələbə, yeddi məğlubiyyət var. 

0.30546808242798