Ərdoğan “S-400” məsələsini NATO qaydaları ilə həll edəcək

Türkiyə 2020-ci ilin aprelinə qədər NATO ilə Rusiyalı istehsalı “S-400” zenit raket komplekslərinin istifadəsinə dair mübahisəli məqamları tənzimləyəcək.

“RİA Novosti” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Aprelə qədər davam edəcək proses mövcuddur. Söhbət “S-400”ləri istifadə etmək, ya da etməməkdən getmir. NATO qaydaları çərçivəsində atılmalı addımlar var”, - Ərdoğan bildirib.

Ərdoğan NATO Baş katibi Yens Stoltenberq və ABŞ Prezidenti Donald Trampın da sözügedən prosesə müsbət baxdıqlarını qeyd edib.

0.28097200393677