Polşa İngiltərədə saxlanılan 100 ton qızılını geri qaytardı

Polşa Milli Bankı İkinci Dünya Müharibəsindən əvvəl İngiltərəyə daşınılan qızıl külçələrinin ölkəyə geri qaytarılmasını yekunlaşdırıb. 

Polşanın “RMF” dərgisi məlumat verir ki, əməliyyat gizli həyata keçirilib.

Qızılın ixracını həyata keçirmək üçün bank təhlükəsizliyi xidmətlərində çalışan mindən çox insan prosesə cəlb edilib. Külçələr noyabr ayı ərzində təyyarə ilə ölkənin paytaxtı Varşavaya gətirilib. Yükün ümumi dəyəri təxminən 4.2 milliyard avrodur. 

Polşa qızılı İngiltərəyə Rumıniya, Türkiyə, Suriya, Livan və Fransa vasitəsilə aparılıb. Qızıllar 80 il İngiltərədə saxlanılıb. 

1.1172709465027