Trampın “uşaq xətti” pulsuz yüklənən şriftə çevrildi - VİDEO

ABŞ prezidenti Donald Trampın mətbuat konfransında çıxışı zamanı qeydlərindən surəti çıxarılan “uşaq xətti” pulsuz yüklənən şriftə adaptasiya edilib.

Bu barədə “Metro” xəbər verir.

Bildirilir ki, ötən həftə impiçmentlə bağlı keçirilən tədbirdə Ağ ev rəhbəri qalın flomasterlə yazılmış qeydlərini oxuyub. Bu  “Buzzfeed” və “Font Bureau”nun dizayneri Mark Devisin nəzərindən yayınmayıb və o, Trampın qaralamasını “Tiny Dand” adlı pulsuz yüklənə bilən şriftə çevirib.

 

0.38274097442627