“F-16” vs “S-400”: Türkiyə sınaqlar keçirdi – VİDEO

Türkiyə Rusiyadan alınan S-400 zenit-raket kompleksini sınaqdan keçirir.

Bu məqsədlə Ankarada əyalətində dördüncü nəsil “F-16 Fighting Falcon” hərbi təyyarələri test uçuşları həyata keçirib.

Təlimləri əks etdirən video “YouTube”da yerləşdirilb.

Uçuşlar yerli aviabaza yaxınlığında həyata keçirilib. Qırıcıların aşağı yüksəkliklərdə uçuşu zamanı zenit-raket komplekslərinin effektliyi müəyyən edilib.

Türkiyə 2020-ci ilin aprel ayınadək S-400-ləri döyüş növbəsinə salmağı planlaşdırır.

0.31846499443054