Bakıda sürücü-piyada "qarşıdurması" - 3 nəfər xəsarət aldı

Bakıda piyadaların xəsarət alması ilə nəticələnən bir neçə yol qəzası qeydə alınıb. 

Bakunews.media xəbər verir ki, qəzaların biri Nərimanov rayonunda baş verib. Ağa Neymətulla küçəsini keçmək istəyən 1995-ci il təvəllüdlü İsmayılov Ənvər Eldar oğlunu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ə.İsmayılova müştərək travma, qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Biləcəri qəsəbəsində avtomobil 1988-ci il təvəllüdlü Salamov Tural Aslan oğlunu vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Balaxanı qəsəbəsində isə 99-FH-321 dövlət nömrə nişanlı minik avtomobili yolu keçmək istəyən 1976-cı il təvəllüdlü Məmmədova Rəşiqə Ağadadaş qızını vurub.

Hadisəni törədən sürücü yaralını xəstəxanaya çatdırıb. R.Məmmədova reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.

Hər üç faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu

1.2165770530701