Türkiyə hərbçiləri Suriyada terror aktında 17 nəfərin öldüyünü bildiriblər
Kürd yaraqlıları Suriyanın Ras əl-Ayn şəhərində minalanmış avtomobili partladıblar.
Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib ki, terakt nəticəsində 17 nəfər ölüb, 20-dən çox insan yaralanıb.
“PKK/YPG terror təşkilatı Fıratın şərqindəki mülki vətəndaşlara hücumlarını davam etdirir. Ras əl-Ayn şəhərindən qərbdə yerləşən Tell Xalif kəndində minalanmış avtomobilin partlanması nəticəsində 17 nəfər həlak olub, 20-dən çox insan yaralanıb", - deyə nazirliyin məlumatında bildirilib.