ABŞ-da məktəb yaxınlığında atışma - VİDEO

ABŞ-ın Vaşinqton ştatında ibtidai məktəbin yaxınlığında iki nəfərin yaralanması və bir nəfərin ölümü ilə nəticələnən atışma hadisəsi baş verib.

Bu barədə “RİA Novosti” yerli polis idarəsinə istinadla xəbər yayıb.

Bildirilir ki, hüquq mühafizəçiləri çağırış yerinə getdikdə cinayət yerində yaralılarla rastlaşıblar. Bundan sonra onlar caninin yerini müəyyənləşdirərək, onun dalınca düşüblər.

İnformasiyaya görə, izlənmə zamanı şübhəli maşını saxlayıb və özünə qəsd edib.

Hadisə vaxtı şagirdlərin əksəriyyəti artıq məktəbi tərk ediblər. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. İstintaqa başlanılıb.

0.83842396736145