87 yaşlı kişini evinə qonaq apardı, döyüb qarət etdi

Şəmkir rayonunda qonaq qarət olunub. 

Bakunews.media xəbər verir ki, rayonun Sarıtəpə kənd sakini 1932-ci il təvəllüdlü İbrahimov Dostumalı Nəcəfalı oğlu Şəmkir şəhərinə qonaq gəlib.

D.İbrahimov şəhər ərazisində üzdən tanıdığı, amma adını bilmədiyi bir nəfər şəxslə rastlaşıb və onun evinə gedib.

Naməlum şəxs qonağı D.İbrahimovu döyərək, cibində olan 350 manatını götürüb, daha sonra taksiyə mindirərək, Sarıtəpə kəndindəki evinin qarşısında düşürüb.

Faktla bağlı araşdırma aparılır.

Dursun Tağıyeva

0.33707213401794