Kosmonavtlar çətin vəziyyətdə - Beynəlxalq Kosmik Stansiyada tualetlər xarab oldu

ABŞ-a məxsus Beynəlxalq Kosmik Stansiyada bütün tualetlər xarab olub.

“NASA” ekipaj üzvləri ilə Yerdə olan mütəxəssislər arasında danışıqları davam etdirir.

“RİA Novosti”nin xəbərinə görə, kosmik stansiyada Rusiya istehsalı olan “Zvezda” və ABŞ istehsalı olan “Tranquility” modeli tualet var və onlar xarab olub.

Buna görə də kosmonavtlar birdəfəlik paketlərdən istifadə etmək məcburiyyətində qalıblar.

Hazırda kosmonavtlardan rus Alexander Skvorçov və Oleq Skripoçka, amerikalı Kristina Kuk, Andrey Morgan və Jessica Meyer də BKS-da uçurlar.

0.28527402877808