Tovuzda qəza baş verdi: ölən və yaralanan var

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib, 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Bakunews.media xəbər verir ki, avtomobil qəzası Əlimərdanlı kəndində qeydə alınıb.

Avtomobilin maneəyə çırpılması nəticəsində, rayon sakini Əhliman Alıyev dünyasını dəyişib.

Yaralanan Rauf  Muradov xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

0.34849500656128