Azərbaycanlını saxta qeydiyyata salan Rusiya vətəndaşı cərimələndi

Rusiya sakini qeydiyyatı olmayan azərbaycanlıları qanunsuz qeydiyyata aldığı üçün cərimə olunub. Voronej əyalətinin Liski Şəhər Məhkəməsi 31 yaşlı sakini 200 min rubl (5320 manat) cərimə edib.

Bakunews.media-ın xəbərinə görə, o, 16 nəfər qeydiyyatı olmayan əcnəbi vətəndaşı saxta qeydiyyata alıb.

Məhkəmənin mətbuat xidmətindən verilən məlumatda onun 2018-ci ilin iyunundan 2019-cu ilin aprelinə qədər Voznesenovka kəndindəki yaşayış olmayan evdə Azərbaycan, Özbəkistan və Tacikistandan olan 16 sakini saxta qeydiyyata aldığı bildirilib.

Günel Murad

0.80371308326721