Mariya Zaxarova: Həmsədrlər Bratislavada Xarici İşlər Nazirləri Şurası çərçivəsində məsləhətləşmələr keçirəcək

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova cümə axşamı keçirdiyi brifinqdə “Moskva-Bakı”nın “Dağlıq Qarabağ tənzimləmələrində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri nazirlərinin ayrıca görüşü olacaqmı və Bratislavada gözlənilən Xarici İşlər Nazirləri Şurası çərçivəsində bu mövzuda hansı görüşlərin olacağı ehtimal edilir?” sualını cavablandırarkən bildirib ki, sammit çərçivəsində ATƏT-in Minsk Qrupunun üç həmsədri üçün məsləhətləşmələr planlaşdırılır.

“Son illərdə Dağlıq Qarabağ münaqişəsi mövzusunda mütəmadi müzakirələr məhz ATƏT məkanında baş tutur. Bratislavada yaxınlaşan Xarici İşlər Nazirləri Şurası çərçivəsində üç həmsədr üçün məsləhətləşmələr planlaşdırılır – söhbət xüsusi tapşırıqlar üzrə səfir səviyyələrindən gedir.

Başqa formatlarda, fərqli bir səviyyədə məsləhətləşmələr aparmaq üçün hər hansı bir əlavə qərarlar qəbul edilərsə, uyğun olaraq, biz bu barədə də şərh verəcəyik. Bizim tərəfimizdən bu mövzuda dialoq üçün eyni ənənəvi dəstəyin olduğunun fərqindəsiniz.

Nazirlərin görüşlərinə gəlincə, hazırda bu barədə məlumatım yoxdur, amma dediyim kimi, Bratislavada ATƏT Nazirlər Şurası çərçivəsində keçiriləcək ikitərəfli və çoxtərəfli görüşləri bir müddət sonra - cədvəl hazırlanacağı zaman şərh edəcəyik”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bəyan edib.

0.31038093566895