Ana və iki övladı dəm qazından zəhərləndi

Ana və iki övladı dəm qazından zəhərlənib.

Bakunews.media-ın bölgə müxbiri xəbər verir ki, hadisə Qusar şəhərində qeydə alınıb.

42 yaşlı Elnarə Zahuddin qızı Əhmədova və iki oğlu -10 yaşlı Rəfael Əhmədov və qardaşı, beş yaşlı Eduard Əhmədov dəm qazından zəhərlənib. Onlar dərhal Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstələrə tibbi yardım göstərilib, vaxtında xəbər tutulduğundan onların həyatı xilas edilib.

0.33352208137512