Kafenin qonaqları ofisiantın probleminə şərik olub ona maşın aldılar

Texas ştatının Qalveston şəhərində kafeyə gələn qonaqlar ofisianta maşın hədiyyə ediblər.

“Daily Mail” xəbər verir ki, bu Adrianna Edvards adlı qıza qismət olub.

O hər gün işə çatmaq üçün 22, 5 km piyada qət etməyə məcbur olub. Gününün 5 saatını yola sərf edən xanım özünə maşın almaq istəsə də buna cari xərclər imkan verməyib.

Noyabrın 26-da Edvards kafedə iki nəfərə səhər yeməyi verib. Kişi və qadın onun problemi haqda eşidiblər və bi neçə saatdan sonra kafeyə maşınla qayıdıblar. Cütlük yaxınlıqdakı avtomobil dükanından 2011-ci ilin “Nissan Sentra” maşının alıb onu ofisianta hədiyyə edib.

Qonaqların səxavəti Edvardsı çaşbaş salıb və o indiyə kimə xoşbəxtliyinə inana bilmir. Cütlük isə anonim qlmağı üstün tutub. Onların qızdan yeganə xahişi kimin üçünsə yaxşılıq etməsi olub.

0.69204306602478