ALDP sədri həmvətənləri təbrik etdi
Əziz Həmvətənlərim!
Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi günüdür. 1991-ci il oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Bu Aktla Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisi elan olunub.
Mən öz adımdan və liberal-demokrat partiyasının üzvlərin adından Azərbaycan Respublikasının bütün vətəndaşları əlamətdar gün - Dövlət Müstəqilliyinin bərpa olunmasının 30-illiyinin bayram edilməsi münasibətilə ürəkdən təbrik edirəm.
Ölkəmizə rifah, əmin-amanlıq, müvəffəqiyyətlər və dövlətimizin müstəqilliyinin əbədi olmasını arzu edirəm!
Qoy, Tanrı Azərbaycan xalqına firavanlıq, tərəqqi bəxş etsin!
YAŞASIN MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASI!