Almaniyada miqrant ailələrindən olan yeniyetmələr yanğın söndürəni öldürdülər
Bavariya polisi 49 yaşı yanğın söndürənin öldürülməsində şübhəli bilinən 2 nəfəri saxlayıblar.
Auqsburqda baş verən qətldə iki 17 yaşlı miqrant şübhəli bilinir. Onlar Almaniyada doğulduqları üçün Avropa vətəndaşıdırlar.
Daha sonra əlavə 4 nəfəridə tutulduğu bildirilib.
Ötən cümə günü həyat yoldaşı və daha bir dost ailə ilə evə qayıdan yanğın söndürən cavan oğlanlarla mübahisə edib və nəticədə dostu ilə birlikdə döyülüb. O təcili tibbi yardım maşınında dünyasını dəyişib.