Vardi dubl etdi komandası isə rekorda imza atdı – VİDEO
İngitərə Premyer Liqasının 16-cı turunda “Lester” səfərdə “Aston Villa”nı darmadağın edərək (4:1) ardıcıl 8 qələbəsini qazanıb.
Bakunews.media xəbər verir ki, bu klub tarixində ən yaxşı göstəricidir.
“Tülkülər”in heyətində ən yaxşısı yenə Ceymi Vardi olub: İngiltərə yığmasının hücumçusu dubla imza atıb.
Onun komandası sonuncu dəfə oktaybrın 5-də “Liverpul”a məğlub olub (1:2).
Çempionluq sezonundan da (2015/16) gözəl oyun nümayiş etdirən “Lester” ikinci yerdə qərarlaşıb və “Mançester Siti”dən 6 xal irəlidədir. Lakin birinci yerdə gedən “Liverpul”la xal fərqi hələ də kifayət qədər böyükdür – 8 xal.