Türkiyə səfiri Nobel mükafatının təqdimat mərasimini boykot etdi

Türkiyənin İsveçdəki səfiri Emre Yunt ədəbiyyat üzrə Nobel mükafatının təqdimetmə mərasiminə qatılmayacaq.

Bakunews.media xəbər verir ki, səfir bu addımı Nobel Komitəsinin seçiminə etiraz olaraq atdığını bildirib.

O, 2019-cu il ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən avstriyalı yazıçı Peter Handkenin Bosniya müsəlmanlarına qarşı soyqırımı törətməkdə ittiham olunan rejimi dəstəklədiyi üçün təqdimat mərasiminə qatılmaqdan imtina edib.

Qeyd edək ki, yazıçı Peter Handke keçmiş Serbiya prezidenti Slobodan Miloşeviçə dəstək verməkdə ittiham edilir. Soyqırımı törədən prezidentə rəğbətini ifadə edən şəxsin bu mükafata layiq görülməsi dünyanın bir çox ölkələrində etiraza səbəb olub.

Bu gün keçiriləcək təqdimetmə mərasiminə etiraz edən 60 min şəxs artıq petisiyaya imza atıb. Türkiyə Müdafiə Nazirliyi və prezidentin mətbuat xidməti rəsmi sosial şəbəkə hesablarında Handkeyə Nobel mükafatının verilməsini pisləyib.

Dursun Tağıyeva

0.34305906295776