Sevgilisini iş yerində bıçaqladı - VİDEO

Rusiyanın Primorsk əyalətində kişi keçmiş sevgilisini bıçaqlayıb.

31 yaşlı kişi Bolşoy Kamen şəhərində keçmiş sevgilisinin işlədiyi mağazaya gələrək onu bıçaqlayıb.

Bədənində çoxlu sayda bıçaq yarası olan qadın xəstəxanaya yerləşdirilib.

Polis hadisəni törədəni tutub və o, cinayəti etiraf edib.

REN TV-nin xəbərinə görə, cinayətkarı on ilə qədər həbs gözləyir.

0.31588387489319