Nəsimi rayonunda motosiklet sürücüsü qəza törədərək xəsarət alıb - FOTO

Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Hüseynbala Əliyev küçəsilə hərəkətdə olan motosikletin sürücüsü yol hərəkəti qaydasını pozaraq əks yola çıxıb. Bu zaman nəqliyyat vasitəsi qarşıdan gələn “Dongfeng” markalı avtomobilə, daha sonra “Renault” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Hadisə zamanı motosikletin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu

0.37682700157166