Bakıda 2 avtomobil toqquşub, sürücü ağır xəsarət alıb

Sabunçu rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Ramana qəsəbəsində qeydə alınıb. İki minik avtomobilinin toqquşması zamanı sürücülərdən biri, 1972-ci il təvəllüdlü Əhmədov Tahir Cəlal oğlu xəsarət alıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona hər iki baldır sümüyünün açıq sınığı diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarsində araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu

0.43955779075623