Braziliyalı Rodriqonun qolu “Ajax”ı Çempionlar Liqasından kənarlaşdırdı – VİDEO

Çempionlar Liqasının qrup mərhələsində son turun oyunları keçirilib. Amsterdamda yerli “Ajax” İspaniyanın “Valensiya” komandasını qəbul edib. 
 
Bakunews.media xəbər verir ki, pley-off mərhələsinə çıxmaq üçün “Ajax”a heç-heçə də kifayyət ediridi. 
 
Lakin “Valensiya”nın hüumçusu Rodriqo Morenonun 24-ü dəqiqədə vurduğu qol hollandları məğlub duruma qoydu. “Ajax” sonqa qədər mübarizə aparsa da rəqib qapısına yol tapa bilməyib. 
 
“Valensiya” qələbə qazanaraq qrupda birinci yeri tutub, ikinci yerdə isə “Çelsi” qərarlaşıb. 
0.28938412666321