Yasamalda yanan elektrik sayğacları təhlükə yaratdı - 15 nəfər təxliyə edildi

Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında yanğın həyəcanı yaşanıb. 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, binanın pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 12 ədəd sayğac yanıb. Yanğın zamanı tüstülənmiş mənzillərdən 3-ü azyaşlı olmaqla 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 
0.31618690490723