Türkiyə parlamentinin erməni millət vəkili “soyqırımı” rədd etdi

ABŞ Senatının qətnaməsi erməni-türk dialoquna əngəl yaradır.

“Sputnik Armenia” xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının erməni əsilli millət vəkili Markar Esayan deyib.

“Onillərdir qəbul edilməyən soyqırım qətnaməsi S-400 və Suriyadakı əməliyyatları cəzalandırmaq üçün qəbul edildi. Bunun nə tarix, nə də reallıqla əlaqəsi yoxdur. Yəqin ki, arzu olunan da budur. Yara həmişə qanasın, vampirlər üçün bayram olsun”, - Esayan “Twitter” hesabında yazıb.

Qeyd edək ki, Esayanın bu sözləri erməni KİV və ictimaiyyətində kəskin narazılıqla qarşılanıb. Erməni mətbuatı Esayanın dəfələrlə Türkiyə hökumətinin mövqeyindən çıxış etdiyini vurğulayıb.

0.33263182640076